Dr. Stephen Grocott
Qərbi Avstraliya Universitetində organometalik kimya elmi üzrə mütəxəssis olan Grocott analitik və sənaye kimyası sahələrində illərlə çox geniş miqyaslı araşdırmalar aparmışdır. Bu sahədə bir çox məqalələr yazan Grocott əvvəllər təkamülçü alim olduğu halda yaradılışın dəqiq dəlilləri qarşısında təkamül nəzəriyyəsindən əl çəkəcək, Yaradılışa inanmağa başlamışdır. Grocott yaradılışın dəlilləri ilə bağlı bir çox tədbirlərdə spiker kimi iştirak etmişdir.
Edwin Faust
Oklohoma Universitetində doktorluq işini müdafiə etmiş və eyni universitetin fizika fakültəsi müxbir üzvi vəzifəsində çalışmış prof. Faust maddənin təməl daşı olan atomların öz-özünə birləşərək bütün kainatı və canlıları əmələ gətirməsinin əsla mümkün olmadığının tərəfdarıdır və bu sözləri ilə Allahın varlığına inandığını dilə gətirir:
«İnsan ən sonda kainatdakı nizamı göstərən “təbiət qanunları”nın kainatın gördüyümüz kimi fəaliyyət göstərməsini istəyən Üstün bir Ağlın dəlili olduğu nəticəsinə gəlir. Zərrəcikləri ağıllı şəkildə yaradan səbəb onların hansı xüsusiyyətlərə sahib olacağını da müəyyən etmişdir».
Isaac Bashevis Singer
Dövrümüzün məşhur fiziklərindən sayılan Singer təkamül nəzəriyyəsini inkar edən və Allaha inanan alimdir. İştirak etdiyi konfransda təkamül tezisini bu maraqlı hekayə ilə mühakimə etmişdir: “Elm adamları indiyə qədər heç bir insanın ayaq basmadığı tənha bir ada kəşf etmişlər. Bu adaya ilk dəfə girən alimlər gördükləri təbii həyatdan olduqca təsirlənmişlər. Vəhşi heyvanlarla balta girməmiş meşələr onlara çox valehedici görünmüşdür. Dik yamaclara dırmaşıb ətrafı gözdən keçirmişlər. Adada ən kiçik insan qrupunun izini də tapmamışlar. Elə gəmilərinə dönərkən qumsalda son model zərif bir qol saatı görmüşlər. Saat işləyirdi. Alimlər üçün cansıxıcı vəziyyətdir. Bu saat buraya haradan gəlib çıxıb? Dəqiq bilirlər ki, adaya onlardan əvvəl heç bir insan gəlməyib. Bu halda ortada tək çıxış yolu qalırdı. Bahalı dəri qayışı, qiymətli şüşəsi, əqrəbləri, batareyası və digər hissələri olan bu saat öz-özünə təsadüf nəticəsində bu adaya gəlmiş və bu qumsala girmişdir. Başqa alternativ yoxdur!”
Singer təkamülçülərin içinə düşdükləri xətanı açıqlamaq üçün hekayəsinin sonunda belə bir açıqlama gətirmişdir: “Saatı düzəldən saatsaz var!”
Kainatda mövcud olan canlı və cansız hər varlıq üstün dizayna və qüsursuz nizama malikdir. Dolayısı ilə, heç birinin varlığı təsadüflərə əsaslanmır. Hər birinin üstün və güclü bir Yaradanın əsəri olduğu aydındır. Dövrümüzün elm adamlarının böyük qismi isə Singer kimi bu qüsursuzluğu və nizamı ortaya qoyaraq hamısının Allahın yaratdığı bir əsər olduğunu insanlara göstərir.

