facebook'da İman edən ailmlər

baxış sayı

MICHAEL P.GIROUARD


Prof. Michael P. Girouard

Cənubi Luiziana Universitetində biologiya elmi üzrə professor olan Michael P.Girouard həyatın təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyinə, həyatın təməli olan zülalların və hüceyrənin son dərəcə mürəkkəb və qüsursuz quruluşlarının Allah tərəfindən yaradılan bir  əsər olduğuna inanan dövrümüzün elm adamlarındandır. Prof. Girouard Elmi Araşdırma Vəqfi tərəfindən 5 İyul 1998-ci ildə təşkil edilmiş “Təkamül nəzəriyyəsinin süqutu: Yaradılış gerçəyi” adlı II Beynəlxalq Konfransda iştirak etmişdir. Bu konfransda söylədiyi “Həyatın təsadüflər nəticəsində əmələ gəlməsi mümkündürmü?” başlıqlı nitqində inandığı bu həqiqəti elmi faktlarla ortaya qoymuş və nitqini belə tamamlamışdır:
 «Canlıların quruluşu laboratoriya təcrübəsində əldə ediləndən daha mürəkkəb və fərqli quruluşdur. Kimya və fizika qanunlarına baxdıqda və bu mövzuya şərh vermək istədikdə,  laboratoriyadakı kimya və fizika qanunları bizə bunu deyirlər:
Mütləq bir zəka olmalıdır, mütləq Yaradıcı vardır, bu məlumatı nizamlayan bir Yaradan vardır. Bu açıqlama hələ də dünyadakı ən elmi açıqlamadır. Elə fizika və kimya qanunları da bizə qəti surətdə bunu deyirlər ki, təkamül nəticəsində cansızdan canlının əmələ gəlməsi mümkün deyildir. Elmi dəlillərə əsaslanaraq deyə bilərəm ki, bu sadəcə mənim nitqimin sonu deyil, eyni zamanda təkamülün də sonudur»
Category:

çox yayımlananlar

axtar

Yükleniyor...

slayd

Loading...

videolar

Loading...