Prof. Wayne Old
Prof. Olt Kolumbiya Universitetində ali təhsil almış və Nyu-Yorkda geo-kimya laboratoriyalarında tədqiqat rəhbəri kimi çalışmışdır. Prof. Olt elmi araşdırmaların insanın Allaha olan imanını gücləndirdiyini bu sözləri ilə bildirmişdir:
«Buna şübhə yoxdur ki, elm pillələrində irəliləmək, əşyanın meydana gəlməsinin keyfiyyətini və səbəblərini araşdırıb tədqiq etmək, insan zəkasını digər varlıqlardan ayıran ən böyük və ən vacib keyfiyyətlərdən biridir. Kainatı bir qüvvənin yaratdığını qəbul edən və elmi tədqiqatlarını bu imanla aparan bir alim elmi fəaliyyətlərini davam etdirərkən mütləq Allaha imanını artıracaq dəlillərlə qarşılaşacaqdır»